Dinozavrları öldürən sunami simulyasiya edilib

Dinozavrları öldürən sunami simulyasiya edilib<span class="qirmizi"></span>

Beynəlxalq alimlər qrupu 66 milyon il əvvəl asteroidin səbəb olduğu dinozavrları məhv edən sunamini simulyasiya edib.

Sonxeber.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) Twitter-də kompüter simulyasiyasının bir hissəsini yerləşdirib.

Beynəlxalq tədqiqatçılar qrupu on milyonlarla il əvvəl dinozavrları Yer səthindən sildiyi güman edilən nəhəng sunamini simulyasiya etmək üçün xüsusi proqram təminatından istifadə ediblər.

Alimlər bildiriblər ki, asteroidin yaratdığı daşqın planetin üstündən kilometrlərlə hündürlükdə dalğalar yaradıb.

Elm adamlarının hesablamalarına görə qeydə alınmış hər hansı sunamidən 30.000 dəfə güclü olduğu deyilən dağıdıcı təbiət hadisəsi hazırda Meksikanın Yukatan yarımadasının yerləşdiyi yerə nəhəng asteroidin düşməsi ilə başlayıb.

Göy cisminin diametrinin 10 kilometrdən çox olduğu güman edilir.

Toqquşma nəticəsində 4,5 kilometr hündürlüyə çatan dalğalar yaranıb.

Şəbnəm Lətifi

 

 

 

 

 

Mənbə: sonxeber.az