Bloomberg: "Türkiyə Maskın kömək təklifini rədd edib"

Bloomberg:  "Türkiyə Maskın kömək təklifini rədd edib"<span class="qirmizi"></span>

Türkiyə hökuməti İlon Maskın dağıdıcı zəlzələdən sonra kömək təklifini rədd edib. Mask yardım məqsədilə "Starlink" peyk rabitə sistemlərini Ankaraya təhvil verməyi təklif edibmiş. Bu barədə Bloomberg məlumat yayıb.
Nəşr yazır ki, Türkiyə tərəfi Maska təşəkkür edib, lakin Ankaranın kifayət qədər peyk imkanlarına malik olduğunu çatdırıb. Ölkədə batareyalarla işləyən xeyli baza stansiyaları da var.
Xatırladaq ki, amerikalı iş adamı Twitter səhifəsində paylaşım edərək bildirmişdi ki, şirkəti Ankaradan icazə ala bilərsə, "Starlink"i Türkiyəyə göndərməyə hazırdır.

Mənbə: azvision.az