AMEA-nın Elm və Təhsil Nazirliyinin balansına keçən institutlarında aparılan monitorinqlərin nəticələri açıqlanıb

AMEA-nın Elm və Təhsil Nazirliyinin balansına keçən institutlarında aparılan monitorinqlərin nəticələri açıqlanıb<span class="qirmizi"></span>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Təhsil Nazirliyinin balansına keçən bəzi institutlarının loqoları hələ də yenilənməyib.

"Report" xəbər verir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Effektiv kommunikasiya" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Nazirlik rəsmisi qurumun kommunikasiya əməkdaşlarının elmi müəssisələrlə bağlı apardığı monitorinqlərin nəticələrini açıqlayarkən bildirib ki, hələ də nazirliyin tabeliyinə keçən bəzi institutların sosial şəbəkələrində AMEA-nın loqosu qalıb: "Loqonun nazirliyin adı ilə dəyişdirilməsi məqsədəuyğundur. Akademiyanın institutlarının bəzilərinin sosial şəbəkələrində əlaqə nömrələrinin qoyulmaması, orfoqrafik səhvlərin olması, paylaşımların sıx ardıcıllıqla edilməməsi monitorinqlərdə yer alıb".

Qeyd edək ki, İnformasiya Texnologiyaları İnstitutunda baş tutan təlim-seminarı Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə keçirir.

Mənbə: report.az