Diqqət! Hesabınız oğurlana bilər

Diqqət! Hesabınız oğurlana bilər

Telegram-da saxta hədiyyə linkləri ilə hesabları ələ keçirirlər.

Telegram-da hədiyyə və uduş kampaniyaları adı altında yayılan təhlükəli linklər istifadəçilərin hesablarının ələ keçirilməsinə səbəb ola bilər.

Şübhəli keçidlər hətta hesabı sındırılmış tanışlardan da göndərilə bilər.

İstifadəçilərə şübhəli linklərə daxil olmamaq, naməlum çatlarda avtomatik göndərilən mesajları paylaşmamaq və yaxınlarını mümkün təhlükə barədə xəbərdar etmək tövsiyə olunur.

Mənbə: bizim.media