Rusiyada məmurlara "İphone"dan qurtulmaq tövsiyə olunub

Rusiyada məmurlara "İphone"dan qurtulmaq tövsiyə olunub<span class="qirmizi"></span>

Rusiya prezident administrasiyasının əməkdaşlarından Amerikanın “Apple” şirkətinin smartfonlarından qurtulmaq tövsiyə olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kommersant nəşri yazıb.

Nəşrin materialında bildirilir ki, prezident administrasiyasının əməkdaşları artıq bunun bağlı bildiriş alıb, regiondakı məmurlar isə tezliklə Amerika smartfonlarının fərqli əməliyyat sistemli telefonlarla əvəzlənməsi ilə bağlı tövsiyələr alacaqlar.

Mart ayında Moskva vilayətində keçirilən seminar zamanı rəsmilərə aprelin əvvəlinə qədər iPhone-dan qurtulmalı olduqları bildirilib. İclasda iştirak edənlərdən biri “Kommersant”a bildirib ki, "iPhone ilə qurtarın: “Ya onu atın, ya da uşaqlara verin. Hamı bunu mart ayında etməli olacaq".

Mənbə: apa.az