Fransada "TikTok" məmurlara qadağan edilir

Fransada məmurların iş telefonlarına “TikTok” proqramının yüklənməsi qadağan ediləcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkənin dövlət qulluğu naziri Stanislav Querini özünün Tvitter səhifəsində bildirib. Onun sözlərinə görə, hakimiyyət təhlükəsizlik baxımından məmurların iş telefonlarına “TikTok” qısa video əlavəsi və digər oxşar proqramların quraşdırılmasını qadağan etməyi planlaşdırır.

Qeyd olunur ki, qadağa zamanı ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslər istisna edilə bilər. Bu qərara əməl olunmasına görə nəzarət milli informasiya sistemlərinin təhlükəsizliyi agentliyinə və idarələrarası rəqəmsal agentliyə həvalə edilib.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

İranın cənub-şərq əyalətləri ayağa qalxdı: “Bu son mesajdır, hədəf bütün rejimdir!” - VİDEO

SONRAKI XƏBƏR

Bu görüntülərlə bağlı xəbərdarlıq – Fotolar