DİQQƏT! Çox dil bilmək bu xəstəliyin qarşısını alır

DİQQƏT! Çox dil bilmək bu xəstəliyin qarşısını alır<span class="qirmizi"></span>

Çox dildə danışmaq demensiyanı yavaşlada bilər.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, Sidney Universitetinin klinik tədqiqatçısı Amira Skeggsin araşdırmalarına görə, birdən çox dil bilmək və onlardan aktiv istifadə etmək demensiyanı yavaşladır.

Frontotemporal demans (bvFTD) kimi tanınan üç xəstəlik növündən birinə diqqət yetirilib.

Tədqiqatçılar üç qrupa bölünən 107 nəfərin klinik əlamətlərini müqayisə ediblər.

Onlar bildirirlər ki, demans xəstələri hələ də yaxınları ilə ingilis dilindən başqa bir dildə ünsiyyət qura bilirlər:

"Xəstəlik başlamazdan əvvəl ingiliscə mükəmməl danışan vyetnamlı bir xəstəmiz var idi, lakin xəstəlik irəlilədikdə o, ingilis dili qabiliyyətini tamamilə itirdi və 50 ildən çox ingiliscə mükəmməl danışmasına baxmayaraq, yalnız Vyetnam dilində danışa bildi".

 

Mənbə: news.milli.az