Bu ölkənin dövlət qurumlarında "TikTok", "Instagram" və "Twitter" qadağan edildi

Fransa dövlət qurumlarının kibertəhlükəsizliyini təmin etmək üçün bəzi yeni tədbirlər görüb. Beləki, dövlət tərəfindən istifadəyə verilən xidməti smartfonlarda "TikTok", "Twitter" və "Instagram" kimi “əyləncə” proqramlarından istifadə qadağandır.

"Unikal"ın məlumatına görə, xidməti telefonlarda Fransanın dövlət işçiləri əyləncə proqramlarından istifadə edə bilməyəcəklər.

Qeyd etmək lazımdır ki, qadağa yalnız dövlət tərəfindən istifadəyə verilən xidməti cihazlar üçündür.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Mbappe və Haaland eyni klubda: Fantastik təklif açıqlandı

SONRAKI XƏBƏR

Markedonov: Ermənilər Rusiyadan bunu tələb edir