Süni intellektlə ünsiyyətdən sonra intihar etdi

Süni intellektlə ünsiyyətdən sonra intihar etdi<span class="qirmizi"></span>

Belçikadan olan bir nəfər süni intellektlə iki aylıq ünsiyyətdən sonra intihar edib. AzVision.az xəbər verir ki, bu barədə Belçikanın "LAvenir" nəşri məlumat yayıb. Məqalədə qeyd edilir ki, çatbot faktiki olaraq onu intihara sövq edib.

 Süni intellektlə idarə olunan PUA əsl pilotla döyüşə girib Həmin şəxs təxminən iki il əvvəl ətraf mühit, ekoloji məsələlərlə maraqlanıb. Lakin tədricən bu hobbi halına çevrilib və aldığı cavablar onda narahatlığın artmasına səbəb olub. O, qaçılmaz ekoloji fəlakətdən qorxaraq getdikcə özünə qapanırmış.

Maraqlıdır ki, belçikalı ailəsinə bəşəriyyət üçün yeganə xilas yolunun süni intellektdə olduğunu deyib. Arvadı jurnalistlərə deyib ki, kişinin virtual ünsiyyətdə olduğu həmsöhbətinin adı “Eliza” olub. Süni intellekt onun “sirdaşı” olub.
 

Mənbə: azvision.az