İran ilkində uğursuz oldu: Növbəti peyki orbitə buraxacaq...

İran ilkində uğursuz oldu: Növbəti peyki orbitə buraxacaq...<span class="qirmizi"></span>

İran “Zəfər 2” peykini orbitə buraxmağa hazırlaşır.

Axar.az xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur deyib.

Yeni peykin növbəti ilin birinci rübündə kosmosa buraxılacağı bildirilib.

Qeyd edək ki, "Zəfər 1" peykinin orbitə çıxarılması təxminən 3 il əvvəl yerli peyk operatoru “Simerq”in köməyi ilə həyata keçirilib, lakin tələb olunan nasos sürətinə nail olunmadığı üçün orbitdə qala bilməyib. Buna görə də İranın Rabitə Nazirliyi “Zəfər 2”nin eyni sürətlə, lakin daha yüksək keyfiyyət və imkanlarla istehsal edildiyini açıqlayıb.

Mənbə: axar.az