Avropa İttifaqından “Twitter”ə xəbərdarlıq – “Məsuliyyətdən qaça bilməzsən”

Avropa İttifaqından “Twitter”ə xəbərdarlıq – “Məsuliyyətdən qaça bilməzsən”<span class="qirmizi"></span>

“Twitter” Avropa İttifaqının (Aİ) rəqəmsal platformalar üçün hazırladığı dezinformasiyaya qarşı könüllü təcrübə kodeksindən uzaqlaşır. Lakin “Twitter”in öhdəlikləri qalır. Qaçmaq olar, amma gizlənə bilməzsən.

Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin daxili bazar və sənaye üzrə komissarı Thierry Breton deyib.

O qeyd edib ki, rəqəmsal xidmətlər aktı çərçivəsində dezinformasiya ilə mübarizə avqustun 25-dən etibarən Aİ ölkələrində könüllü öhdəliklərdən kənar hüquqi öhdəliyə çevriləcək: “Yeni qanun qüvvəyə mindikdən sonra Aİ komandaları sərt qaydaları tətbiq etməyə hazır olacaqlar”.

Yeni qaydalara əsasən, qaydaları pozan rəqəmsal platformalar üçün onların qlobal dövriyyəsinin 6 faizinə qədər cərimələr tətbiq oluna bilər.

Təkrar pozuntular halında sözügedən rəqəmsal platformaların Aİ-də fəaliyyətinə xitam verilə bilər.

Mənbə: teleqraf.com