Çin ilk mülki astronavtı kosmosa göndərdi

Çin ilk mülki astronavtı kosmosa göndərdi<span class="qirmizi"></span>

Çin bu gün “Shenzhou-16” idarə olunan kosmik gəmisi ilə ilk mülki astronavtı kosmosa göndərib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu, Çin üçün tarixi hadisədir.

Məlumata görə, yerli vaxtla səhər saat 09:31-də ölkənin şimal-qərb hissəsindəki Qobi səhrası üzərindən Ciuquan peyk buraxılış mərkəzindən “Long March-2F” daşıyıcı raketi ilə buraxılan “Shenzhou-16” (Müqəddəs Gəmi) ilə biri mülki olmaqla 3 astronavtı kosmosa göndərilib. Kosmik gəmi 10 dəqiqəlik uçuşdan sonra müəyyən edilmiş orbitdə uğurla yerləşib.

Qeyd edək ki, kosmik stansiyada 5 aya qədər xidmət edəcək yeni astronavt komandası orbitdə kosmosdan əlavə fəaliyyətlər və elmi təcrübələr həyata keçirəcək və yeni texnologiyaları sınaqdan çıxaracaq.

BAKU.WS

Mənbə: baku.ws