Toyuqlara da əməl edildi - Başqa cür yumurtlayacaqlar

Toyuqlara da əməl edildi - Başqa cür yumurtlayacaqlar<span class="qirmizi"></span>

Yapon tədqiqatçıları allergiya ilə bağlı çox mühüm irəliləyişə imza atıblar. Belə ki, onlar allergiyaya səbəb olmayan yumurta əldə etmək üçün toyuqların genetik modifikasiyasına cəhd ediblər. Yəni genləri dəyişdiriblər.

Publika.az xəbər verir ki, bu barədə "Medical News Today" yazır.

Bu haqda məqalə Qida və Kimyəvi Toksikologiya jurnalında son araşdırma olaraq dərc olunub .

Allergik reaksiya yumurta ağında olan zülallara görə baş verir - ovalbumin (OVA) və ya ovumukoid (OVM) .

Xüsusilə uşaqlarda yumurtaya qarşı allergiyaya çox rast gəlinir.

Bunu müalicə etmək çətindir və insanların həyat keyfiyyətinə mənfi təsir göstərir.

Alimlər allergiyası olan insanların həyatını asanlaşdırmaq üçün toyuqların genetikasının necə dəyişdiriləcəyini araşdırmaq qərarına gəliblər.

Onlar yumurta allergiyasının bir çox növlərinin səbəbi olan ovomukoid zülalının öyrənilməsinə diqqət yetiriblər.

Məlum olub ki, genləri dəyişdirilmiş toyuqlar ovumokoid olmadan yumurta çıxara bilirlər. Tədqiqat DNT-ni dəyişdirməyə kömək edən zülallar olan transkripsiya aktivatoruna bənzər aktivator effektor nükleazlarından (TALENs) istifadə edilib.

Alimlər iki cins toyuqdan ovomukoid geni silib və əldə edilən yumurtaları təhlükəsizlik baxımından sınaqdan keçiriblər.

Məlum olub ki, geni dəyişdirilmiş toyuqların yumurtalarında ovomukoid və ya onun mutasiyaları yoxdur. Allergiya xəstələri üçün belə bir məhsul təhlükəsiz ola bilər - baxmayaraq ki, bu üsul hələ də öyrənilməlidir.

Xirosima Universitetinin alimləri bəzi toyuqların genlərini dəyişdirərək yumurtadakı allergen zülal olan ovomukoiddən xilas edə biliblər.

Lakin hipoalerjenik yumurta istehsalının bu üsulu əlavə tədqiqat tələb edir.

Məlum olduğu kimi, yumurta müxtəlif qida məhsullarında, o cümlədən çörək məmulatlarında, souslarda və digər qidalarda geniş istifadə olunur.

Yumurtaya qarşı alergiyası olan insanlar etiketləri diqqətlə oxumalı və tərkibində yumurta və ya onlardan alınan inqrediyentlər olan məhsullardan uzaq durmalıdırlar. Bundan əlavə, yumurta ağı əsasında hazırlanan vaksinlərlə belə xəstələrə peyvənd olunmaq qadağandır.

Ayşən Rəhim

 

Mənbə: publika.az