“Google” qatlanan telefonu ləğv edir

“Google”  qatlanan telefonu  ləğv edir<span class="qirmizi"></span>

“Google” şirkəti bəzi problemlər səbəbindən qatlanan telefonların buraxılışını dayandırıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, şirkət qatlanan cihazın “Google”ın keyfiyyət tələblərinə cavab vermədiyi üçün istehsalını dayandırmalı olduqlarını bildirib.

Buna baxmayaraq “Google”un qapaqlı formatda təqdim edilən yığcam qatlanan “Pixel Flip” cihazını daha da təkmilləşdirəcəyi deyilir.

Qeyd edək ki, “Google” may ayının ortalarında ilk qatlana bilən telefonu olan “Pixel Fold”u təqdim etmişdi. Əsas 7,6 düymlük OLED displeyli olan bu cihaz təxminən 1799 dollar dəyərində satışa çıxarılmışdı.

Mənbə: lent.az