Süni intellektə görə "ideal" kişi və qadınların GÖRÜNÜŞÜ

Süni intellektə görə "ideal" kişi və qadınların  GÖRÜNÜŞÜ<span class="qirmizi"></span>

Dövrümüzün ən böyük problemlərindən biri olan "Mükəmməl görünüş" bir çox insanın öz bədəni və görünüşündən narahatlığına səbəb olur. Sosial medianın formalaşdırdığı gözəllik standartlarına obsesif şəkildə uyğun gəlməyə çalışmaq isə insanlarda psixoloji və fiziki pozğunluqlara səbəb ola bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu çərçivədə yaşanan xəstəliklərdən biri olan Bulimiya haqqında araşdırmalar apararaq maarifləndirməni hədəfləyən Bulimiya Layihəsi mükəmməl qadın və kişi dizaynı üçün süni zəkaya müraciət edib.

Süni intellektə görə ideal qadın bədəni belə görünür.

Yaradılan görüntülərin sosial mediada tez-tez rast gəlinən gözəllik qavrayışına uyğun olması olduqca diqqət çəkicidir. Fotoşəkillərin demək olar ki, hamısı qadınlardır; onun nazik beli, əzələli mədəsi və dolğun döşləri var.

Eyni şəkildə, süni zəkadan ideal üz cizgiləri soruşulduğunda; nazik və mütənasib üz cizgiləri önə çıxır.

Mənbə: lent.az