Yadplanetlilərin kosmik zibilləri yerin orbitində ilişib

Yadplanetlilərin kosmik zibilləri yerin orbitində ilişib<span class="qirmizi"></span>

Bu yaxınlarda Harvard Universitetinin fizika professoru Avi Loeb başda olmaqla bir qrup mütəxəssisi yerin orbitində yadplanetlilərin kosmik zibillərinin olması ehtimalını açıqlamışdı.

BiG.AZ xəbər verir ki, tədqiqatçılar yerin orbitində yadplanetlilərin kosmos tullantılarının ilişib qaldığını açıq mənbələrdən əldə ediblər.

Kosmik tədqiqatlar üzrə aparıcı ekspert professor Loeb əmindir.

belə "ulduzlararası obyektlərin" kəşfi mümkün yadplanetli sivilizasiyalar və texnologiyalar haqqında biliklərimizi genişləndirməyə kömək edə bilər.

Alimlər qrupu orbitimizdəki bəzi cisimlərin digər ulduz sistemləri ilə əlaqəli ola biləcəyini təsdiqləmək üçün araşdırma aparır.

Hələ çoxlu suallar və fərziyyələr olsa da, araşdırmlar kosmosun tədqiqində yeni bir səhifə açır.

Bu, bizə Kainat haqqında hələ də az şey bildiyimizi və hər bir yeni kəşfin kosmosun sirlərini və yadplanetli həyat formaları ilə qarşılaşma ehtimalını aşkar etmək üçün açar ola biləcəyini xatırladır.

Ülkər Rəhmanqızı

 

 

Mənbə: big.az