"Onlar artıq planetimizdədirlər" - ABŞ yadplanetlilər haqqında gözlənilməz nəticəyə gəlib

"Onlar artıq planetimizdədirlər" -  ABŞ yadplanetlilər haqqında gözlənilməz nəticəyə gəlib<span class="qirmizi"></span>

Bu yaxınlarda Nyu-Yorkda keçirilən tematik konfransda Stenford Universitetinin professoru Harri Nolan yadplanetlilərin Yer kürəsini ziyarət etdiyini və onların hələ də buradan uzaqlaşmadıqlarını deyib. AzVision.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Alimin fikrincə, yadplanetlilərin planetimizə baş çəkməsi ehtimalı artıq yüz faizdir. O, insanların yadplanetlilərlə artıq üz-üzə gəldiyini də iddia edib. Nolan onların təəssüratını vaxtilə İspan gəmilərini ilk dəfə görən Cənubi Amerika qəbilələrinin verdiyi reaksiya ilə müqayisə edib. Yəni necə ki, qəbilələr qeyri-adi heç nə görməmişdilər, indiki insanlar da planetimizin "qonaqları"nı adi qəbul edib keçib gediblər...

"Onlar meydana çıxıb deyirlər ki, "sizlərdən hansınız nəyi gördüyünüzü anlaya biləcək qədər ağıllısınız? Siz gözünüzün qarşısında olanın əsl formasını (görünüşünü-red.) görə bilirsinizmi? Bəs məlumatların anomal sıçrayışlarını necə, görürsünüz?" - alim qeyd edib.

Tural Tağıyev

Mənbə: azvision.az