Hindistan Agni-1 ballistik raketinin sınaq atışını həyata keçirib.
Manset.az "Sözcü"-yə isinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi Agni-1 ballistik raketinin sınaq atışının uğurla həyata keçirildiyini açıqlayıb.
Məlumatda bildirilib ki, raketin sınağı Abdul-Kalam adasından həyata keçirilib. Nazirlik sınaq atışını uğurlu adlandırıb.
Atışın müvəffəqiyyətlə keçdiyi bildirilən açıqlamada, "Agni-1, hədəfləri çox yüksək dəqiqliklə vura bilən sübut edilmiş bir sistemdir" ifadəsindən istifadə edilib.
Mənbə: manset.az