Rusiyanın ehtiyatda olan raketlərinin sayı açıqlanıb

Rusiyanın ehtiyatda olan raketlərinin sayı açıqlanıb<span class="qirmizi"></span>

Rusiyanın ehtiyatdakı raketlərinin sayı barədə məlumat yayılıb.

“Report” xəbər verir ki, bu barədə “RBK-Ukraina”nın yaydığı informasiyada bildirilib.

Qeyd edilib ki, iyunun 3-dək olan məlumata görə, Rusiyanın 150 ədəd “Kalibr” raketi, təxminən 90 “X-101/X-555”, 45-ə yaxın qanadlı “İsgəndər-K”, təxminən 80 “Kinjal”, 180-ə yaxın “X-22” raketləri var.

Bildirilib ki, iyunun 4-dək Rusiyada İranın istehsal etdiyi 1750 “Shahed-136/131” raketi olub. Bunların 1377-si ilə Ukraynaya hücum edib.

Məlumata görə, 2023-cü ilin martında Rusiyanın 146 ədəd “X-101”, “X-555” və “Kalibr”, 49-a yaxın səsdən iti “Kinjal” və 100-dək “İsgəndər-M” ballistik raketləri olub.

Mənbə: report.az