CNN: Ukrayna Rusiyada agentura şəbəkəsi formalaşdırıb

CNN: Ukrayna Rusiyada agentura şəbəkəsi formalaşdırıb<span class="qirmizi"></span>

Ukrayna Rusiyanın daxilində təxribatlar törədilməsi məqsədilə agentura şəbəkəsi formalaşdırıb.

Ednews xəbər verir ki, bu barədə CNN-ə adı açıqlanmayan ABŞ rəsmiləri bildiriblər.

Qeyd olunub ki, Ukrayna həmin qrupların təxribatlarda istifadə edəcəyi dronlarla tədarük edilməsinə başlayıb. Şəbəkəyə konkret olaraq kimin nəzarət etməsi ilə bağlı məlumat paylaşılmayıb. Dronların Rusiya-Ukrayna sərhədinin zəif nəzarət edilən bölgələrindən qaçaqmalçılıq yolu ilə, eyni zamanda ,yığılması üçün hissələr şəklində Rusiyaya daxil edildiyi qeyd olunub.

Mənbə: ednews.net