Bezdirici tıxaclara son? - İsraildə "hava taksisi"nin sınaqaları başlayıb...

Bezdirici tıxaclara son? - İsraildə "hava taksisi"nin sınaqaları başlayıb...<span class="qirmizi"></span>

"Kvadrokopter zamanla ölkədə ictimai nəqliyyatın yeni növünə çevrilə bilər..."

İsraildə şəhər şəraitində sərnişinlər və yüklərin daşınması üçün nəzərdə tutulan nəhəng, tam avtomatlaşdırılmış kopterin-"eVTOL" adlı yeni uçuş aparatının sınağı başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

Bu həftə aparat artıq İsrailin bir neçə yerlərində uzaq məsafəyə yük daşıma qabiliyyətini nümayiş etdirib.

Belə ki, "EH-216" modeli 220 kq yükü 30 km məsafəyə daşıya bilər.

Aparat "Dronery" şirkəti tərəfindən bir neçə dövlət idarələri-Nəqliyyat Nazirliyi, Mülki Aviasiya İdarəsi və İnnovasiya işləri üzrə İdarənin himayəsi altında işlənib hazırlanıb.

Orada izah edilir ki, belə kvadrokopterlər zamanla ölkədə ictimai nəqliyyatın yeni növünə çevrilə bilər.

Lahiyənin gerçəkləşməsinə bu il və növbəti illərdə 60 milyon şekel (təxminən 16 milyon dollar-red.) vəsait ayrılıb.

İstehsalşçı şirkət elan edib ki, yeni kvadrokopter təkcə sərnişin və yüklərin daşınması üçün deyil, həm də yaşayış məntəqələri və şəhər yolayrıcıları ərazilərində gecə və gündüz saatlarında vəziyyətin monitorinqinin keçirilməsi üçün tətbiq edilə bilər.

Mənbə: moderator.az