Marixuana ilə şizofreniya arasında gözlənilməz əlaqə aşkar edildi...

Marixuana ilə şizofreniya arasında gözlənilməz əlaqə aşkar edildi...<span class="qirmizi"></span>

Marixuana ilə şizofreniya arasında gözlənilməz əlaqə aşkar edildi...

"Marixuana istifadəçiləri başqalarına nisbətən daha tez-tez şizofreniyadan əziyyət çəkir..."

"Tibbi çətənənin icazə verildiyi bəzi ölkələrdə ondan həm də psixozlara qarşı vasitə kimi istifadə edilir..."

Norveç alimləri nədən çətənə həvəskarlarının tez-tez şizofreniya və bipolyar pozuntudan əziyyət çəkdiyini müəyyən etmək qərarına gəlib.

Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

Bəlli olub ki, nahaq yerə günahı marixuanada görürlər. Sadəcə, ona həvəs və bu iki ruhi xəstəliyə meylliliyin ümumi genetik səbəbləri var.

Statistik olaraq marixuana istifadəçiləri başqalarına nisbətən daha tez-tez şizofreniyadan əziyyət çəkir. Bu tədqiqatın müəllifləri əvvəlki işlərin çoxunu öyrənib və qorxunc rəqəmlər gətirib.

Çətənədən istifadə edən adamlarda psixozun inkişaf riski bunu etməyənlərə nisbətən 3 dəfə yüksəkdir. Lakin hər şeydə psixoaktiv maddələri günahlandırmaqdansa, alimlər problemə başqa tərəfdən nəzər salmaq qərarına gəlib.

"Bu nəticələr onu göstərə bilər ki, əhalinin müəyyən yarımqrupu genetik olaraq həm çətənənin istifadəsinin, həm də müəyyən psixi pozuntuların yüksək riskinə məruz qalır", - bunu aparıcı layihə tədqiqatçılardan olan Veytsyu Çenq deyib.

Həqiqətən də, onlar həmkarları ilə birgə insanın həm çətənəyə, həm də şizofreniya və bipolyar pozuntunun inkişafına meylliliyini yüksəldən bir sıra genlər aşkar edib.

"Çətənənin istifadəsi ilə bu pozuntular arasında mürəkkəb əlaqələr təkcə çətənənin istifadəsi ilə deyil, həm də ümumi genetik meylliliklə yarana bilər", - bunu ikinci aparıcı tədqiqatçı Nadin Parker güman edir.

Tibbi çətənənin icazə verildiyi bəzi ölkələrdə ondan həm də psixozlara qarşı vasitə kimi istifadə edilir. Norveç alimlərinin tədqiqatı bunun da təsadüf ola biləcəyini nümayiş etdirir.

Məsələ burasındadır ki, onlar çətənənin istifadəsi ehtimalını artıran, psixoz ehtimalını isə, əksinə, aşağı salan daha bir genlər qrupu aşkar edib.

Burada qarşılıqlı əlaqə mürəkkəb və dolaşıqdır. Lakin yeni təsəvvürlər tibbi praktikada lazım olacaq. "Bizim ümumi genetik səbəblər barədə yeni biliklərimiz pasiyentlərin daha xüsusiləşdirilmiş müalicə planının tərtib edilməsində istifadə edilə bilər", - Parker hesab edir.

Yeri gəlmişkən, Norveç alimlərinin işinə çətənənin psixi sağlamlığa zərərli təsirinin tam inkar edilməsi kimi baxmaq olmaz.

Məsələn, şizofreniya və bipolyar pozuntunun yüksək genetik riski olan insanlara marixuana, görünür ki, zərər vura bilər. Veytsyu Çenqin fikrincə, onlar marixuanadan istifadə edilməsindən çəkinməlidir.

Əlbəttə, belə növ meylliliyə standart genetik testlərə hələ çox var. Hərçənd, İsraildə gərəkli ola bilərdi. Çünki bizim ölkəmizdə həm tibbi, həm də qeyri-tibbi çətənənin istifadə edilməsi dünyada ən yüksək göstəricilərdən biridir.

2017-ci ildə İsrail Yaxın Şərqdə marixuananın istifadəsinə qismən icazə verilən ilk dövlət olub. 2020-ci ilin statistikasına görə, əhalinin 27 faizi ondan bu və ya digər formada istifadə edib.

Müqayisə üçün ABŞ-da 2021-ci ilin milli sorğusuna görə, respondentlərin yalnız hər 5-si çətənədən istifadə etdiyini deyib.

2022-ci ilin məlumatına görə, 114 min israillinin tibbi çətənəni əldə etməyə rəsmi hüququ olub. Və onlara reseptlər hər hansı genetik testlər olmadan yazılıb.

Mənbə: moderator.az