Avstraliyalı alimlər tərəfindən aparılan yeni araşdırmda uzun sürən COVID-19 ilə mənşəyi bilinməyən bir sıra nevroloji xəstəliklərin inkişafı arasında əlaqə aydınlaşdırılıb.
Yeniavaz.com xəbər verir ki, araşdırma "Science Advances" elmi jurnalında dərc olunub.
Genişmiqyaslı araşdırma zamanı elm adamları SARS-CoV-2 virusunun beyin hüceyrələrinin "birləşməsi"nə səbəb ola biləcəyini müəyyən ediblər. Xəstəlikdən sonra baş verən davamlı nevroloji pozğunluqların ortaya çıxmasının səbəbi də neyron birləşməsidir.
Alimlər həmçinin qeyd ediblər ki, COVID-19-a səbəb olan SARS-CoV-2 virusu uzun müddət keçirmiş xəstələrin beyin hüceyrələrində, hətta sağaldıqdan bir neçə ay sonra da tapılır.
Mənbə: www.yeniavaz.com