Rusiya səmasında Çexiya istehsalı olan raketlər məhv edildi

Rusiya səmasında Çexiya istehsalı olan raketlər məhv edildi

“Rusiyanın hava hücumundan müdafiə sistemi Çexiya istehsalı olan “Vampir” raketlərini məhv edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.

Nazirlik bildirib ki, döyüş meydanında istədiyini əldə edə bilməyən Ukrayna ordusu Rusiya ərazisində mülki və hərbi obyektləri vurmaq cəhdlərini davam etdirir.

Açıqlamaya görə, Ukrayna ordusu bu gün saat 16:00 radələrində Rusiya istiqamətində Çexiya istehsalı olan 17 ədəd “RM-70 Vampire” raketi atıb.

Qeyd edilib ki, yeni hücum cəhdinin qarşısı hava hücumundan müdafiə sistemləri tərəfindən alınıb və 17 “Vampir” raketi hədəfə çatana qədər məhv edilib.

Mənbə: qafqazinfo.az