Emin Əmrullayev: Biz uşaqlara uğurlu və uğursuzluğa görə yanaşa bilmərik

Emin Əmrullayev: Biz uşaqlara uğurlu və uğursuzluğa görə yanaşa bilmərik

Biz uşaqları uğurlu və uğursuz olmaqla bölə, onlara buna görə yanaşa bilmərik.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin açılış mərasimində deyib.

O qeyd edib ki, indi həqiqətən də şagirdlər seçilirlər.

"15-20 il əvvəl bu qədər gənc beynəlxalq ali məktəblərə qəbul ola bilmirdi. Respublika məktəbləri arasında idman və yaradıcılıq yarışları təşkil ediləcək. Bu ildən başlayaraq Gənclər və İdman Nazirliyi ilə birlikdə addımlarımızı atırıq. Məqsədimiz şagirdlərdəki digər bacarıqları da üzə çıxarmaq, istedadlarını müəyyən etməkdir. Ona görə idman və mədəniyyət sahəsi ilə bağlı təmayüllü məktəblərin də sayının artırılmasını istəyirik", - nazir vurğulayıb.

Mənbə: report.az