Samir Ağabalayevə yüksək vəzifə verildi

Samir Ağabalayevə yüksək vəzifə verildi

Samir Ağabalayev Müdafiə Sənayesi Nazirliyinin Aparatına rəhbər təyin olunub.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, bundan əvvəl nazirliyin aparat rəhbəri Zaur Əliyev idi. O, sabiq nazir Mədət Quliyevin 2019-cu ildə imzaladığı əmrlə nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunmuşdu.

Mənbə: axar.az