Telegramda koronavirus stikerləri və bir çox digər YENİLİKLƏR

Telegramda koronavirus stikerləri və bir çox digər YENİLİKLƏR

WhatsApp və Messenger-in ən böyük rəqibi olan Telegram yeni funksiyaları istifadəçilərə təqdim etməkdə liderdir. Rəqiblərindən daha stabil işləməsi, daha təkmilləşmiş funksiyalarının olması səbəbilə lider olan Telegram, 6.0 versiyasına yeniləndi. Bu yenilənmə ilə yenə bir çox funksiya tətbiqə əlavə edildi.
Telegram, günlük 200 milyon aktiv istifadəçiyə malik Rusiya mərkəzli mesajlaşma tətbiqidir.

Telegram, tətbiqinə əlavə olunan yeniliklər aşağıdakılardır:
Qruplarla və insanlarla olan söhbətləri "Qovluqlar (Folders)" adlı yeni bir bölmədə toplamaq mümkün olacaq.
1000- dən çox istifadəçisi olan qruplarda birdən çox statistik məlumata eyni anda baxmağı mümkün edən "Qrup Statistikası" adlı yeni funksiya əlavə olundu.
Covid-19 koronavirusu ilə əlaqəli animasiyalı stiker paketi əlavə olundu.
Ana səhifəmizin yuxarı hissəsinə istədiyimiz söhbətləri "Pin"-ləmək olacaq. "Pin"-lədiyimiz mesajlar həmişə digər mesajlardan yuxarıda görünəcək
Səsli və görüntülü mesajların qeyd olunması zamanı yeni animasiyalar görünəcək. Lakin bu sadəcə Android versiyaya aiddir.

 

Mənbə: big.az