"Gmail" servisində faydalı yenilik

"Gmail" servisində faydalı yenilik

Google təchizatçıları mütəmadi olaraq "Gmail" servisinə yeniliklər əlavə edir.

Open.az xəbər verir ki, bu dəfə isə sevimli servisdə interfeysi dəyişə,mövzunu tənzimləyə və ən əsası məktubların əks olunmasını istifadəçi öz istəyinə uyğun olaraq tənzimləyə bilər.

Lakin bu hələ son deyil, belə ki istifadəçi ən yeni "məktubların dərhal oxunması" funksiyası ilə gələn ismarıcın ümumi mətnini onu açmadan görə biləcək. Qeyd edək ki, bütün manipulyasiyalar anında və səhifəni tərk etmədən baş verir.

Lakin ümumi kastomizasiya üçün, yenə də "klassik" quraşdırma menyusundan istifadə etmək lazımdır.

Mənbə: open.az