Huawei Özbəkistana vergi ödəyəcək

Huawei Özbəkistana vergi ödəyəcək

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Məlumat və kommunikasiya texnologiyaları üzrə aparıcı provayder olan Huawei şirkəti Özbəkistanda vergi uçotuna daxil olub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Özbəkistan Dövlət Vergi Komitəsi məlumat yayıb.

Komitəyə görə, Çinin Huawei Services (Hong Kong) Co., Limited şirkəti 1 iyun tarixində qeydiyyata alınıb.

Daha əvvəl Yandex, Google, Facebook, Netflix, Samsung, Apple, Booking.com və digər şirkətlərin Özbəkistanda vergi uçotuna girdiyi bildirilib.

2020-ci ilin əvvəlindən etibarən xidmət və malların elektron formada satışı ilə məşğul olan xarici hüquqi şəxslər Özbəkistanda vergi ödəyiciləri kimi tanınırlar.

Vergi Komitəsi Özbəkistanda fəaliyyət göstərən xarici internet şirkətlərinə qeydiyyatdan keçməyə və vergi ödəməyə başlamağa imkan verən ƏDV ofisi yaradıb.

KONKRET.az

Mənbə: konkret.az