“Facebook” insanları ABŞ seçkilərində səs verməyə təşviq etmək üçün kampaniyaya başlayır

“Facebook” insanları ABŞ seçkilərində səs verməyə təşviq etmək üçün kampaniyaya başlayır

“Facebook” insanları ABŞ prezident seçkilərində səs verməyə təşviq etmək, o cümlədən onlara qeydiyyatdan keçməyə kömək etmək üçün yeni kampaniyaya başlayıb.

Banker.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Ölkənin indiki prezidenti Donald Tramp ikinci dəfə namizədliyini irəli sürəcək və rəqibi Co Bayden ilə mübarizə aparacaq.

“Bu gün Facebook “Daha çox sual, daha çox cavab” kampaniyasına başlayır. Bu, insanları seçkilərdə iştirak etməyə, o cümlədən virtual səsvermə məlumat mərkəzlərimizi ziyarət etməyə təşviq edəcək. Qeyd edək ki, Facebook və Instagram tətbiqləri də həmçinin kampaniyalar həyata keçirəcək”, – şirkətin açıqlamasında deyilir.

Bildirildiyi kimi, marketinq kampaniyası ABŞ-ın televiziya və radio kanallarında, mediada və onlayn-nəşrlərində yayımlanacaq.

Bundan əlavə, “Facebook” #PledgeToVoteChallenge (çağırış: səs verəcəyimə söz verirəm) həştəqini iş salır. İnsanlar ondan istifadə edərək seçkilərdə səs verəcəklərini göstərmək, dostlarını və ailələrini də buna təşviq etmək üçün istifadə edə bilərlər.

“Bizim hesablamalara görə, bu il Facebook, Instagram və Messenger 2,5 milyon insana qeydiyyatdan keçməyə kömək etdik. Bu, ümidverici bir başlanğıcdır, lakin hələ çox iş var”.

Mənbə: banker.az