“5G” ilə bağlı qərar

“5G” ilə bağlı qərar

İsveçin mil­li beşinci nəsil (5G) mobil rabitə şəbəkəsində “Hua­wei” və “ZTE” tex­nologiyalarından istifadə qadağan olunub. Bunun­la bağlı qərarın təşəbbüskarı qismində İsveç hərbçiləri çıxış ediblər. İsveç Silahlı Qüvvələri və Dövlət Təhlükəsizliyi Xidmətinin mütəxəssisləri tərəfindən risklərin qiymətləndirilməsi aparıldıqdan sonra Çin şirkətlərinin ölkədə “5G” şəbəkələrinin qurulmasında iştirakı qadağan edilib.

Xəbəri “Mediasat” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com