Rusiya sualtı qayıqdan “Tsirkon” hipersəs raketlərinin sınaqlarını keçirməyə hazırlaşır

Rusiya sualtı qayıqdan “Tsirkon” hipersəs raketlərinin sınaqlarını keçirməyə hazırlaşır

Rusiya sualtı qayıqdan “Tsirkon” hipersəs raketlərinin sınaqlarını keçirməyə hazırlaşır. Ordu.az xəbər verir ki, bu barədə müdafiə sənayesindəki yüksək mənbə TASS-a bildirib.

Bildirilir ki, sınaqların keçirilməsi üçün dəqiq vaxt olmasa da, iyun ayınadək keçirilməsi planlaşdırılıb.

İndiyə qədər “Tsirkon” hipersəs raketləri “Admiral Qorşkov” gəmisindən sınaqdan keçirilib. Qeyd olunur ki, raketlərin çatdırılması 2022-ci ildə başlayacaq.
 

 

Mənbə: ordu.az