ABŞ Ordusu kəşfiyyat birliklərini elektrikli hərbi maşınlarla təchiz etmək istəyir

ABŞ Ordusu kəşfiyyat birliklərini elektrikli hərbi maşınlarla təchiz etmək istəyir

Pentaqon kəşfiyyat birliklərini nisbətən yüngül elektrikli hərbi maşınlarla təchiz etmək imkanlarını nəzərdən keçirir. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, dizaynerlər artıq bir neçə variant təklif edib.

Zirehli elektrikli avtomobilin MK-19 qumbaraatan və M2 .50BMG pulemyotu (12,7 × 99 m) ilə təchiz olunması planlaşdırılır. Hərbi maşınlar üçün “Javelin” tank əleyhinə raket sistemləri də nəzərdən keçirilir.

Elektrikli avtomobillər hərəkət və ya müşahidə rejimində olarkən görünmə və ya eşitmə ehtimalını azaltmalıdır.

ABŞ Ordusunun kəşfiyyat birliklərini elektrikli maşınlarla təchiz etmək proqramı daha böyük bir layihənin bir hissəsidir, bu, Amerikanın taktiki və döyüş maşınlarının elektrik enerjisinə çevrilməsidir. Proqramın bu yay yekunlaşdırılması planlaşdırılır.
 

 

Mənbə: ordu.az