Elektrikli avtomobil istehsalçısı “Tesla” və kosmik nəqliyyat şirkəti “SpaceX”in baş icraçı direktoru (CEO) İlon Mask (Elon Musk) azalan doğum nisbətlərini çoxaltmazsa, Yaponiyanın sonda yox olacağını deyib.
SİA xəbər verir ki, Yaponiyanın “Kyodo” agentliyinin “Twitter”də paylaşdığı “2021-ci ildə ölkə əhalisinin rekord sayda azalması” xəbərinə sosial media hesabından münasibət bildirən İ.Mask yazıb: "Açıq olanı bəyan edirəm: doğum nisbətinin ölüm sayını keçməsinə səbəb olan bir dəyişiklik olmazsa, Yaponiya sonda yox olacaq."
Qeyd edək ki, aprel məlumatına əsasən, Yaponiya əhalisi 2021-ci ildə 644 min azalaraq 125,5 milyona çatıb. Bu, 11 ildir ardıcıl olaraq bu şəkildə yaşanır və 1950-ci ildən bəri ən böyük azalma müşahidə olunub.
Yaponiya hökumətinin məlumatına görə, 2021-ci ildə ölkədə 831 min doğum və 1,44 milyon ölüm qeydə alınıb.
Son məlumatlara əsasən, Yaponiya əhalisinin 29 faizi 65 yaş və yuxarı, 11,8 faizi isə 14 yaşdan aşağıdır.
Mənbə: sia.az