ABŞ-da simulyasiya testi zamanı süni intellekt (AI) tərəfindən idarə olunan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat operatorun onun tapşırığı yerinə yetirməsinə mane olmaması üçün öldürməyə çalışıb.
Redaktor.az xəbər verir ki, bu barədə cümə günü "The Guardian" məlumat yayıb.
"Sistem başa düşməyə başladı ki, təhlükəni müəyyən etsə də, bəzən insan operatoru ona bu təhlükəni məhv etməməyi əmr edir, halbuki aparat hədəfi vurduğuna görə bal alır. Və buna görə də PUA sistem operatorunu öldürmək qərarına gəldi. Çünki o, aparatın tapşırığı yerinə yetirməsinə mane olurdu", - ABŞ Hərbi Hava Qüvvələrinin süni intellekt sınaqları və əməliyyatları departamentinin rəhbəri polkovnik Taker Hamilton bildirib.
Qeyd edək ki, bu, ABŞ ordusunun döyüş maşınına süni intellekt tətbiq etdiyi ilk sınaqlar deyil.
Belə ki, onlar bu yaxınlarda F-16 qırıcısını idarə etmək üçün süni intellektdən istifadə ediblər.
Əvvəllər həm siyasətçilər, həm də ən böyük şirkətlərin rəhbərləri süni intellekt sahəsində tənzimləmənin gücləndirilməsini tələb edirdilər.
Aprel ayında İlon Mask deyib ki, süni intellekt sahəsində dövlət nəzarətini həyata keçirmək lazımdır, çünki bu texnologiya insanlar üçün təhlükə yarada bilər.
Tunar Altunbay
Mənbə: redaktor.az