"SpaceX" şirkəti 30 ildən sonra Marsda Yerdən dəstəyə ehtiyac duymayan sivilizasiya yaratmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bunu şirkətin sahibi İlon Mask "Fox News" telekanalına müsahibəsində açıqlayıb.
O, Marsa getmək istəyən hər kəsi göndərmək və nəticədə, orada özünü təmin edə biləcək sivilizasiya qurmaq istədiyini söyləyib.
Milyarder şirkətinin uzunmüddətli məqsədini isə belə izah edib: "Müxtəlif planetlərdə həyat olsun". Mask bunu 20-30 il ərzində edə biləcəklərinə inandığını vurğulayıb.
Qeyd edək ki, İlon Mask martın 15-də Mask "Optimus" adlı insanabənzər robotu ilə "Starship" kosmik gəmisinin 2026-cı ilin sonunda Marsa göndəriləcəyini açıqlamışdı. Bu uçuşlar uğurlu olarsa, 2029-cu ildə içərisində insanların olduğu gəmilər göndəriləcək.
Mənbə: publika.az