Qahirə yaxınlığındakı Saqqara bölgəsində arxeoloji tədqiqatlar zamanı alimlər Firon Userkafın varisinin məzarını aşkar ediblər.
Axar.az xəbər verir ki, bu barədə Misirin Turizm və Antik dövr Nazirliyi məlumat yayıb.
“Arxeoloji missiya Qədim Misirin 5-ci sülaləsinin ilk hökmdarı Firon Userkafın oğlu Şahzadə Vaser-if-renin məzarını tapıb”, - məlumatda qeyd olunub.
Qazıntılar zamanı arxeoloqlar çəhrayı qranitdən hazırlanmış hündürlüyü 5 m və eni 1 m-dən bir qədər çox olan nəhəng yalançı qapı aşkar ediblər.
Mənbə: axar.az