Teleqram bir bayt mesajı belə açıqlamayıb - Durov

Teleqram bir bayt mesajı belə açıqlamayıb - Durov

Teleqram mövcud olduğu müddətdə heç vaxt bir bayt şəxsi mesajı belə təhlükəsizlik qüvvələrinə verməyib.

Axar.az xəbər verir ki, bunu Teleqramın təsisçisi Pavel Durov deyib.

“Teleqram polisə yalnız cinayətdə şübhəli bilinən şəxslərin İP ünvanlarını və telefon nömrələrini təqdim edib. Bu da AB-nin rəqəmsal xidmətlər haqqında qanununa uyğun olaraq məhkəmə qərarı olduqda həyata keçirilib. Teleqram şifrələməni və əsas insan hüquqlarını pozmaqdansa, bazarı tərk etməyi üstün tutur”, - Durov bildirib.

Mənbə: axar.az