Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək

Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək

Misir hökuməti 2023-cü ilədək benzin və dizel yanacağı ilə özünü tam təmin etmək niyyətindədir.

"APA-Economics" "Praym"a istinadən xəbər verir ki, bu barədə Misirin Neft naziri Tarek əl-Mulla deyib.

Onun sözlərinə görə, idxalın hər il onlarla milyon tona çatması ölkəyə 4,5 mlrd. ABŞ dollara başa gəlirdi. Cari ildə ölkəyə 1,5 mlrd. dollar dəyərində 3,5 mln. ton benzin idxal olunub ki, buna səbəb neftayırma zavodlarının istismara verilməsi, mövcud olanların yenidən qurulması, habelə ölkə prezidentinin Misirdə avtomobillərin qaz yanacağına keçməsi təşəbbüsü olub.

Nazir həmçinin bildirib ki, hazırda Asyut əyalətində iki neftayırma zavodunun inşası davam etdirilir. Yeni Qahirədə yerləşən neftayırma zavodunda isə genişləndirmə işləri aparılır ki, bunun nəticəsində ölkənin gəlirlərinin artması ilə yanaşı, benzin idxalından asılılığı da azaldılacaq.

Mənbə: apa.az