Bir trilyon dollar sərmayə

Bir trilyon dollar sərmayə

2025-ci ilədək dünyanın aparıcı mobil rabitə opera­torları bu sahənin inkişafına 1,1 trilyon dollar sərmayə yatıracaq. Bu barədə Çinin Uçjen şəhərində keçirilən Ümumdünya İnternet İdarəetmə Konfransında məlumat verilib. Bildirilib ki, mobil rabitə operatorları tərəfindən investisiyalar 2025-ci ilədək 1,1 trilyon dollar təşkil edəcək. Bu məbləğin təxminən 18 faizi “5G” şəbəkəsinə sərf ediləcək.

Məlumatı TASS yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com