Qazaxın bir kəndində qaz olmayacaq

Qazaxın bir kəndində qaz olmayacaq

Qazax rayonunun Aşağı Salahlı kəndində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi xəbərdarlıq edib.

Qeyd olunub ki, buna səbəb aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması ilə bağlı aparılacaq təmir işləridir.

Bildirilib ki, 4 iyun 2026-cı il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək kəndə qazın verilişi dayandırılacaq.

Mənbə: bizim.media