Yaponiya iyul ayından etibarən əcnəbilər üçün birdəfəlik və çoxdəfəli giriş vizalarının qiymətini beş dəfə artıracaq.
Bu barədə "Kyodo News" məlumat yayıb.
Birdəfəlik giriş vizaları 3000 yendən (19 dollar-redş) 15000 yenə (təxminən 93 dollar-red.), çoxdəfəli giriş vizaları isə 6000 yendən (38 dollar) 30000 yenə (təxminən 186 dollar-red.) qədər artacaq. Məqalədə bildirilib ki, bu, 1978-ci ildən bəri ilk artımdır və inflyasiya və yenin zəifləməsi ilə əlaqədardır.
Xarici işlər naziri Toşimitsu Moteqinin sözlərinə görə, hakimiyyət orqanları bu dəyişikliyin turist axınına əhəmiyyətli təsir göstərəcəyini gözləmir. Nazir qeyd edib ki, artan rüsumlar Yaponiya viza rüsumlarını digər G7 ölkələrinin rüsumları səviyyəsinə yaxınlaşdırmalıdır.
Mənbə: publika.az