İran dövlət mediasının kommersiya gəmilərinin hazırda yalnız Tehran tərəfindən təsdiqlənmiş marşrut vasitəsilə Hörmüz boğazından keçdiyinə dair xəbərləri ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən təkzib edilib.
Bu barədə CENTCOM-un X səhifəsində qeyd olunub.
Açıqlamaya görə, İran Hörmüz boğazına nəzarət etmir: "ABŞ ordusu ticarət gəmilərinin boğazdan təhlükəsiz keçməsini təmin etmək üçün əlindən gələni edir".
Komandanlıq vurğulayıb ki, may ayının əvvəlindən bəri ABŞ qüvvələri bu vacib beynəlxalq ticarət dəhlizi vasitəsilə 800-dən çox ticarət gəmisinin və 380 milyon barel xam neftin uğurla tranzitini təmin edib.
Ağarza Elçinoğlu
Mənbə: unikal.az