5 min işçini işdən çıxarır, maaşları azaldır - "Porsche" şirkətində böhran

5 min işçini işdən çıxarır, maaşları azaldır - "Porsche" şirkətində böhran

2023-cü ildə rekord satış rəqəmlərindən sonra "Porsche", tələbatın azalması və bazar şəraitinin pisləşməsi səbəbindən dərin böhranla üzləşib.

Xarici mətbuata istinadən xəbər verilir ki, ilin ilk altı ayında satışları 15 faiz azalan şirkət, balans hesabatını gücləndirmək üçün radikal qərarlar qəbul etməyə başlayıb.

Baş direktor Maykl Leyters tərəfindən müşahidə şurasına təqdim edilən yeni gələcək strategiyasının bir hissəsi olaraq, əlavə 5000 nəfərin işdən çıxarılması təklif edilib. İşdənçıxarmalarla yanaşı, şirkətdə əmək haqqının azaldılması da nəzərdən keçirilir və şirkət 2035-ci ilə qədər qalan işçilərə iş təhlükəsizliyi təmin etməyi hədəfləyir.

Satışların azalmasının ən böyük səbəblərindən biri daxili yanma mühərriki Macan və 718 modellərinin istehsalının dayandırılmasıdır.

Xərcləri azaltmaq üçün, xüsusən də tədqiqat və inkişaf sahələrində ixtisarlar edəcək "Porsche", yeni modellərin hazırlanmasında "Audi" ilə daha sıx əməkdaşlıq edəcək.

Mənbə: unikal.az