"Rosselxoznadzor" (Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdıracaq.
Bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər 27 iyul 2026-cı ildə qüvvəyə minəcək.
Agentliyin mütəxəssislərinin 14-21 iyul tarixlərində Rusiyaya süd məhsulları tədarük edən Ermənistan süd emalı zavodlarında yoxlama apardığı və nəticədə istehsalda yoluxmuş mal-qaranın südünün istifadə edildiyi müəyyən edilib.
Mənbə: unikal.az