Vaksinasiyadan sonra turizm bərpa olunacaq?

"COVID-19 pandemiyasına qarşı vaksinasiya bizə inzibati-daxili və xarici sərhədlərin qısa zamanda açılması ümidi verir"

 Dünyada başlayan və Azərbaycanda da yaxın günlərdə başlanacaq COVID-19 pandemiyasına qarşı vaksinasiya bizə inzibati-daxili və xarici sərhədlərin qısa zamanda açılması ümidi verir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. O bildirib ki, bununla bağlı dəqiq vaxtı demək çətindir:

"İlk növbədə qərarlar veriləndə insanların sağlamlıq məsələsi əsas götürülür. Bu, təmin ediləndən sonra digər məsələlərlə bağlı qərarlar olacaq".

K.Quluzadə qeyd edib ki, vaksinasiyanın nəticələri qlobal səviyyədə müsbət olarsa, buna uyğun qərarlar verilə bilər: "Lakin sərhədlərin açılması və turistlərin hərəkəti üçün imkanların yaradılması vaxtı dəqiq deyil. Bu qərar turizmçilərdən asılı deyil. Azərbaycan turizm sənayesi qonaqları - həm daxili, həm də xarici turistləri qəbul etməyə hazırdır. Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq kriteriyalar, meyarlar müəyyənləşdirilib və insanların sağlamlığının qorunması diqqətdədir".

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Ceyhun Bayramov Pakistanın Baş naziri ilə görüşdü - FOTO

SONRAKI XƏBƏR

"Barsa" prezidentliyinə 4 namizəddən razılıq alınacaq - bu futbolçuya görə