DOST Agentliyində - Yeni təyinat

DOST Agentliyində -

Elxan Elman oğlu Mütəllimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin Satınalmalar və təminat departamentinin müdiri təyin edilib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bu barədə əmr imzalayıb.

Elxan Mütəllimov Azərbaycan Memarlıq və İnşaat Universitetində “Menecment” ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində “Maliyyə bazarları” ixtisası üzrə magistr təhsili alıb.

Əmək fəaliyyətinə 2015-ci ildə bank sektorunda başlayan E.Mütəllimov 2018-2022-ci illərdə özəl sektorda, 2022–2023-cü illərdə DOST Agentliyində, 2023–2026-cı illərdə isə Sosial Xidmətlər Agentliyində çalışıb.

Mənbə: qafqazinfo.az