Rusiya yanacaq qıtlığı fonunda NATO ölkəsindən ilk dəfə benzin idxal etməyə başlayıb.
Musavat.com-a istinadla xəbər verilir ki, Rusiya daxili bazarda yaranan kəskin yanacaq çatışmazlığı ilə əlaqədar Türkiyədən dəniz yolu ilə ilk təsdiqlənmiş benzin partiyasını qəbul edib.
"S&P Global" və "Kpler" təşkilatlarının məlumatına görə, "Wendrix" tankeri Türkiyənin Mersin limanından Rusiyanın Primorsk limanına təxminən 200 min barel yanacaq çatdırıb.
Mütəxəssislər yanacaq böhranını Ukraynanın Rusiya Neft Emalı Zavodlarına (NEZ) təşkil etdiyi intensiv zərbələrlə əlaqələndirirlər. Təkcə avqust ayı ərzində Rusiya NEZ-lərinə 17 hücum həyata keçirilib. Nəticədə iyul ayında ölkədə neft emalının orta gündəlik həcmi 3,7 milyon barelə düşüb ki, bu da 2025-ci ilin müvafiq göstəricisindən 28% azdır.
Əvvəllər benzini əsasən Hindistan və Mərakeşdən idxal edən Moskva, iyul ayında Qazaxıstan və Cənubi Koreyadan, indi isə Türkiyədən yanacaq almağa məcbur olub. "Reuters" agentliyi bildirir ki, Rusiya hökuməti yaranan qıtlıq səbəbindən dizel yanacağının ixracına qoyulan məhdudiyyətləri ən azı sentyabrın sonunadək uzatmağı planlaşdırır.
Mənbə: www.bakupost.az