"Son dövrlərdə kifayət qədər yüksək qiymətlərlə üç təklif almışıq", - deyə o, ödənilən məbləğin hazırda ən yüksək göstərici olduğunu vurğulayıb.
Ötən həftə Panama kanalı administrasiyası bölgədə suyun səviyyəsinə təsir edən yağıntıların az olması səbəbindən gəmilərin gündəlik keçid sayını azaltmaq qərarına gəlib. Məhdudiyyətlərin tətbiqi yağıntı qıtlığı ilə əlaqələndirilib - son dörd ay ərzində kanal hövzəsində normadan 34%, hövzəyə su axını isə orta göstəricidən 44% az olub.
Kanal vasitəsilə tranzit imkanı əvvəlcədən qeydiyyat əsasında planlaşdırılır, lakin növbədənkənar buraxılış hüququ hərracda satıla bilər. Aprel ayında keçirilən belə hərracların birində, Hörmüz boğazının bağlanması səbəbindən tələbatın kəskin artmasından sonra karbohidrogenlərin nəqlinə yaranan kəskin ehtiyacla əlaqədar bir gəmi 4 milyon dollara qədər ödəniş etmişdi. Panama kanalı administrasiyasının məlumatına görə, 2025-ci ilin oktyabrından 2026-cı ilin fevralınadək olan dövr üçün təklifin orta qiyməti təqribən 55 min dollar təşkil edib. O vaxtdan bəri bu məbləğ orta hesabla üç dəfə artıb.
Mənbə: oxu.az