Azərbaycan şirniyyat idxalını artırdı

Azərbaycan şirniyyat idxalını artırdı

Bu ilin yanvar-iyul aylarında ölkəyə gətirilən un qənnadı məmulatlarının ümumi dəyəri 138,3 milyon ABŞ dollarına çatıb.

“Yeni Sabah” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz artım deməkdir.

Xatırladaq ki, 2025-ci ilin eyni mərhələsində Azərbaycan sözügedən məhsulların alışı üçün 116,9 milyon dollar vəsait yönəltmişdi.


Mənbə: yenisabah.az